Günə Baxış - 16.10.2020

Günə Baxış - 16.10.2020

BİRJA
428

Beynəlxalq valyuta birjalarında cümə axşamı Amerikanın əmək bazarına dair fundamental göstəricilərin mənfi açıqlanması və Breksitə dair tərəflərdən müsbət açıqlamaların yayımlanması, EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma dalğalarının dinamikasının zəifləməsinə, bahalaşma proqnozlarının artmasına səbəb olub. Buğalar fürsət - güclü siqnallar gözləyirlər. 

Texniki təhlillərə əsasən, avro 1.1715$ müqavimətini qırmaqdıqca, 1.1660 və 1.1630$-a kimi ucuzlaşa bilər. Funtun qiymətində də eyni tendensiya müşahidə edilir. Belə ki, GBPUSD məzənnəsi 1.2934$-ın altında qaldıqca, 1.2844 və 1.2805$- kimi ucuzlaşa bilər. Müqavimətin qırılması isə bahalaşmanın güclənə biləcəyi üçün əsas olacaqdır. 

Əmtəə birjalarında da qızıl və neftin qiymətləri üzrə proqnozlar yuxarı istiqamətdədir. Cümə axşamı Amerikanın neft ehtiyatlarına dair göstəricilərin dərci, Brent neftinin bahalaşması üçün dəstək xarakteri rolunu oynadı. Asiya sessiyasında bir barel üzrə qiymət müqavimətlə rastlaşsa da 42$-ın üzərində qaldıqca, ucuzlaşma korrektiv qiymətləndirilir və 43.55$-ın qırılması ilə yeni maksimumların yaranacağı proqnozlaşdırılır. 

Qızılın qiymətində də 1898$-a kimi ucuzlaşma korrektiv qiymətləndirilir və 1912$-ın qırılması ilə bir unsiya üzrə qiymətin 1933$-a kimi dəyər qazana biləcəyi ehtimal edilir. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Günə Baxış - 16.10.2020 — Fins.az — Fins.az