
Günə Baxış - 02.10.2020
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmağa başlayıb. Təhlillər isə şərşənbə gününün müqavimət səviyyəsinin qırılacağı təqdirdə, bahalaşmanın son iki ayın maksimum səviyyəsinə kimi sürətlənəcəyi proqnozlaşdırmağa əsas verir.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Foreks bazarında dollar üzrə bahalaşma proqnozu özünü doğruldacağı təqdirdə, əmtəə birjalarında qızıl və neft qiymətlərində də ucuzlaşma müşahidə edilə bilər. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1887$-ı qırarsa, 1870 və 1850$, Brent neftinin bir barel üzrə qiyməti isə 40$-ı qırarsa, 38.40$-a kimi dəyər itirə bilər.