Goldman Sachs: Bizi bu yay neft rallisi gözləyir

Goldman Sachs: Bizi bu yay neft rallisi gözləyir

BİRJA
543

Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs”, dünyanın bu yay neft rallisi (qiymət üzrə - red.) görəcəyini proqnozlaşdırır.

İnvestorların fikrincə, əmtəə qiymətlərinin aşağı düşməsi heç bir fundamental faktorla bağlı olmayıb və biz neftin bir barelinin 140 dollar səviyyəsində olacağını bir daha görəcəyik.

Qeyd olunur ki, son həftələrdə fyuçers ticarəti sürətli rallidən korreksiya zonasına yönəlib.

“Goldman Sachs”ın əmtəələr üzrə qlobal tədqiqat departamentinin rəhbəri Ceff Karrinin sözlərinə görə, investisiyaların məhz enerji sektorunda görünməli olduğu vaxtda onlar bu sektoru tərk etməyə davam edir.

Ceff Karri onu da əlavə etdi ki, qlobal iqtisadiyyat bərpa olunduqca, 2022-ci ilin yayında “Brent” markalı neftin bir barelinin dəyəri yenidən tarixi səviyyələrə yaxınlaşacaq və 140 dollar səviyyəsində yer alacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Goldman Sachs: Bizi bu yay neft rallisi gözləyir — Fins.az — Fins.az