
Geosiyasi risklər qızıl bazarında qiymətləri rekord səviyyəyə çatdırıb
Fins.az - Yaxın Şərqdə geosiyasi gərginlik və investorların təhlükəsiz aktivlərə yönəlməsi nəticəsində qızılın qiyməti martın 6-da Nyu-York COMEX birjasında bir unsiya üçün 49,3 dollar artaraq 5 128,2 dollara çatıb.
ABŞ dollarının zəifləməsi digər valyutalara sahib investorlar üçün qızılı daha əlçatan edib. Analitiklər bildirirlər ki, geosiyasi risklər azalmır və İranın ABŞ və ya İsrailin mümkün əməliyyatına hazır olması barədə açıqlamaları qiymətləri artıran amillərdən biridir. İlin əvvəlindən qızıl təxminən 18% bahalaşaraq ardıcıl rekord səviyyələrə çatıb.
Digər qiymətli metallarda da artım müşahidə olunub: gümüş 83,89 dollar (+2,4%), platin 2 150,70 dollar (+1,4%), palladium 1 662,72 dollar (+2%). Analitiklər yaxın müddətdə qızıl qiymətlərinin dəyişkən qalacağını qeyd edirlər, lakin 5 280 dollar səviyyəsinin aşılması halında 5 448 dollaradək yüksəlmə mümkündür.
Fuad Mədətov
Fins.az