
Gecə neft daha da ucuzlaşıb
Dünya iqtisadiyyatının əhəmiyyətli qisiminin bağlı olmasına görə qlobal maye yanacaq tələbi kəskin azalıb.Fins.az xəbər verir ki, həm tələbin azalması, həm də Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatlarını artıracaqlarını açıqlamaları ilə düşür.
Brent neftinin qiyməti 29 dollardan da aşağı düşüb.
Bu gecə Brent neftin barel qiyməti 28,48 dolları, ABŞ xam neftinin qiyməti isə 26,54 dolları görüb.
ABŞ-ın qlobal investisiya bankı "Goldman Sachs" Brent neftin barel qiymətinin 2020-ci ilin ikinci rübündə (aprel-iyun) 20 dollara geriləməsini gözləyir.