Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib

Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib

BİRJA
828

Hərrac vasitəsilə 10 faydalı qazıntı yatağı istifadəyə verilib. Faydalı qazıntı yataqları Abşeron, Göygöl, İsmayıllı, Şabran və Quba rayonlarında yerləşir.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən 5 iyul hərracında Abşeron rayonunda yerləşən “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha) yataqları, Ağstafada yerləşən “Ağstafaçay” (5,7 ha), Göygöl rayonunda yerləşən “Qızılca” (12 ha), İsmayıllı rayonunda yerləşən “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabran rayonunda olan “Dəvəçiçay” (1,8 ha), Qubada “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.

Hərracın qalibləri ilə bu keçiddən tanış olmaq mümkündür:  //clck.ru/34uYij   

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib — Fins.az — Fins.az