
Dünya iqtisadiyyatı Hörmüz böhranı fonunda təzyiq altındadır
Fins.az - Hörmüz boğazının bağlı qalması fonunda dünya bazarında neftin qiymətinin artımı davam edir. Bu isə qlobal miqyasda istehlak mallarının bahalaşmasına və inflyasiyanın güclənməsinə səbəb olur.
Məlumata görə, İranın boğazı bağlı saxlaması Avropa və ABŞ-da ciddi narahatlıq yaradıb. Yanacaq qiymətlərinin yüksəlməsi ABŞ-da etirazlara səbəb olub, Fransa və İtaliyada isə kütləvi aksiyalar keçirilir. Hazırda “Brent” markalı neftin qiyməti bir barel üçün 120 dolları keçib.
“Goldman Sachs” və “Barclays” kimi iri maliyyə institutlarının analitikləri hesab edir ki, qiymətlərin 130-140 dollar səviyyəsinə yüksəlməsi dünya iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər.
Ekspertlərin fikrincə, neftin daşınmasında yaranan çətinliklər davam edərsə, qlobal iqtisadi proseslər daha da mürəkkəbləşə bilər.