
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,86% – 23,504.35 bəndədək, S&P 500 indeksi 2,20% – 2,783.36 bəndədək, Nasdaq indeksi isə 1,44% – 8,393.18 bəndədək enib.
Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi 3,34% – 5,597.65 bəndədək, Fransa CAC-40 indeksi 3,76% – 4,353.72 bəndədək, Almaniya DAX-ı isə 3,90% – 10,279.76 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,25% azalaraq 1 732,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,66% azalaraq 1,0908 dollar təşkil edib.