Dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən dövlət büdcəsinə 869 min manat daxil olub

Dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən dövlət büdcəsinə 869 min manat daxil olub

BİRJA
1,009

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 869 min manat daxil olub.

Fins.az xəbər verir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində məlumat verilir.

Məlumata görə bu göstərici 2018-ci ilin icra göstəricisi ilə müqayisədə 962 min manat və ya 52,5% azdır.

Qeyd edək ki, Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə olan daxilolmalar proqnozdan 3 051 min manat və ya 77,8% azdır. 

2019-cu ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 3 920 min manat vəsait daxil olacağı proqnozlaşdırılıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən dövlət büdcəsinə 869 min manat daxil olub — Fins.az — Fins.az