Brent qiyməti $110-a yaxınlaşıb

Brent qiyməti $110-a yaxınlaşıb

BİRJA
290

Fins.az - Çərşənbə günü neft bazarında qiymətlər sürətlə artıb, səbəb İrandan gələn təhdidlər olub. İran İsrailin “Cənubi Pars” qaz yatağına zərbəsinə cavab olaraq Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki neft obyektlərinə yaxın bölgələrdə əhalinin dərhal təxliyə edilməsini tələb edib.

Press TV xəbər verir ki, İranın hədəfləri arasında Səudiyyə Ərəbistanında Əl-Cubayl neft-kimya kompleksi və Samref NQZ, Qətərdə Musayid neft-kimya kompleksi və Ras-Laffan NQZ, BƏƏ-də isə Əl-Xosn qaz yatağı var. Saudi Aramco şirkəti isə Əl-Cubayl və Samref NQZ-də çalışan əməkdaşların təxliyə olunduğunu açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent qiyməti $110-a yaxınlaşıb — Fins.az — Fins.az