Brent neftinin qiyməti 5%-ə qədər artaraq $119-a yaxınlaşıb

Brent neftinin qiyməti 5%-ə qədər artaraq $119-a yaxınlaşıb

BİRJA
305

Fins.az - Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri çərşənbə axşamı axşam saatlarında artım tempini sürətləndirərək təxminən 5%-ə çatıb.

Moskva vaxtı ilə saat 17:09-a olan məlumata görə, bu müqavilələrin qiyməti bir barel üçün 118,3 dollar olub ki, bu da əvvəlki bağlanışdan 5,52 dollar (4,89%) yüksəkdir. Bir qədər əvvəl qiymət 118,8 dollara qədər yüksəlib.

Qeyd edək ki, may fyuçerslərinin ticarət müddəti həmin gün başa çatır. Daha aktiv ticarət olunan iyun müqavilələri isə 107,04 dollar səviyyəsində qiymətləndirilir ki, bu da əvvəlki sessiya ilə müqayisədə 0,33% azdır.

Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçersləri 0,29% ucuzlaşaraq 102,58 dollar/barel səviyyəsinə düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent neftinin qiyməti 5%-ə qədər artaraq $119-a yaxınlaşıb — Fins.az — Fins.az