Brent neftinin qiyməti $10 ucuzlaşıb

Brent neftinin qiyməti $10 ucuzlaşıb

BİRJA
330

Fins.az - boğazının açılması ilə bağlı xəbərlər fonunda dünya bazarlarında neft qiymətləri kəskin şəkildə aşağı düşməyə davam edir.

London birjasında “Brent” markalı neftin iyun fyuçersləri təxminən 10 dollar və ya 10 faizdən çox ucuzlaşaraq bir barel üçün 89,39 dollara enib.

Eyni zamanda, Nyu-York əmtəə birjasında WTI markalı neftin qiyməti də 10,09 dollar (10,66 faiz) azalaraq 84,60 dollar səviyyəsinə düşüb.

Sessiya ərzində qiymətlər daha da aşağı enərək Brent üçün 87,71 dollar, WTI üçün isə 83 dollar səviyyəsinə qədər geriləyib. Bu dinamika bazarda təchizatla bağlı risklərin azalması ilə izah olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent neftinin qiyməti $10 ucuzlaşıb — Fins.az — Fins.az