Brent nefti həftəni itkilərlə başa vursa da 96 dollar səviyyəsində qalır

Brent nefti həftəni itkilərlə başa vursa da 96 dollar səviyyəsində qalır

BİRJA
328

Fins.az - Dünya bazarında neft qiymətləri cümə axşamı axşam saatlarında artım göstərsə də, həftəni ümumilikdə azalma ilə başa vurur.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçersləri 95,98 dollar səviyyəsində ticarət olunub. Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin may fyuçersləri 98,57 dollara yüksəlib.

Buna baxmayaraq, həftə ərzində hər iki marka üzrə qiymətlər təxminən 10 faiz azalıb ki, bu da ötən ilin iyun ayından bəri ən kəskin həftəlik eniş hesab olunur.

Qiymətlərə əsas təsir ABŞ və İran arasında iki həftəlik atəşkəs xəbərləri və Hörmüz boğazının açılması ilə bağlı gözləntilər göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent nefti həftəni itkilərlə başa vursa da 96 dollar səviyyəsində qalır — Fins.az — Fins.az