Brent nefti $91,9/barel səviyyəsində, artım tempi yavaşlayıb

Brent nefti $91,9/barel səviyyəsində, artım tempi yavaşlayıb

BİRJA
272

Neft bazarında qiymətlər artım tempini yavaşladıb. Brent may fleyçerlərinin qiyməti London ICE Futures birjasında $91,86/barel, WTI nefti isə NYMEX-də $87,27/barel səviyyəsindədir.

Qiymət hərəkətlərinə Beynəlxalq Enerji Agentliyinin (BEA) planları, OPEC-in hesabatları, ABŞ neft ehtiyatları və Yaxın Şərqdəki münaqişə perspektivləri təsir göstərir. ABŞ prezidenti Donald Tramp bildirib ki, İrandakı müharibə yaxın vaxtlarda başa çatacaq.

Eyni zamanda, BEA ölkələri dünya bazarına strateji ehtiyatlardan rekord 400 milyon barel neft çıxarmağa razılaşıblar. Ehtiyatlar ölkələrin milli şəraitinə uyğun olaraq bazara buraxılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent nefti $91,9/barel səviyyəsində, artım tempi yavaşlayıb — Fins.az — Fins.az