Brent nefti 6%-ə yaxın ucuzlaşaraq 104,7 dollara düşüb

Brent nefti 6%-ə yaxın ucuzlaşaraq 104,7 dollara düşüb

BİRJA
1,100

Fins.az - Qlobal neft bazarında qiymətlər kəskin eniş nümayiş etdirib.

Brent Crude Oil üzrə iyul fyuçersləri Londonun ICE birjasında 5,91% ucuzlaşaraq bir barel üçün 104,7 dollara düşüb.

Eyni zamanda WTI Crude Oil də 5%-dən çox dəyər itirərək 98,64 dollar səviyyəsinə enib.

Ucuzlaşma ABŞ Prezidenti Donald Trumpın Yaxın Şərqdə münaqişənin yaxın zamanda başa çatacağı ilə bağlı açıqlamalarından sonra sürətlənib.

Tramp çıxışında Iranla bağlı vəziyyətin “çox tez həll oluna biləcəyini” və tərəflərin razılaşmaya yaxın olduğunu bildirib, lakin eyni zamanda ABŞ-nin yenidən hərbi addım ata biləcəyini də istisna etməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent nefti 6%-ə yaxın ucuzlaşaraq 104,7 dollara düşüb — Fins.az — Fins.az