Brent nefti 101 dollar səviyyəsində qalır

Brent nefti 101 dollar səviyyəsində qalır

BİRJA
372

Fins.az - Dünya bazarlarında neft qiymətləri əvvəlki sessiyada baş verən kəskin ucuzlaşmadan sonra yenidən mülayim artım nümayiş etdirir.

Son məlumatlara görə, Brent markalı neftin may fyuçersləri 1,39% bahalaşaraq bir barel üçün 101,33 dollar səviyyəsində ticarət olunur. WTI markalı neft isə 2,55% artaraq 90,38 dollar olub.

Xatırladaq ki, bazar ertəsi hər iki marka 10%-dən çox ucuzlaşmışdı. Bu, ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan enerji obyektlərinə zərbələri beş gün təxirə salması ilə bağlı qərarından sonra baş vermişdi. Bundan əlavə, Vaşinqton və Tehran arasında mümkün danışıqlarla bağlı açıqlamalar da bazara təsir göstərib.

Lakin İran bu iddiaları təkzib edib və eyni zamanda İsrail istiqamətində yeni raket hücumları həyata keçirib. Regionda davam edən gərginlik neft bazarlarında qeyri-müəyyənliyi qoruyur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent nefti 101 dollar səviyyəsində qalır — Fins.az — Fins.az