Brent markalı neftin qiyməti 107 dolları ötüb

Brent markalı neftin qiyməti 107 dolları ötüb

BİRJA
268

Fins.az - Dünya bazarında neft qiymətləri Yaxın Şərqdə gərginliyin artacağı ilə bağlı narahatlıqlar fonunda yüksəlişini davam etdirib.

Londonun ICE бирjasında Brent Crude markalı neftin iyul fyuçersləri 3 faizdən çox bahalaşaraq bir barel üçün 107,5 dollara çatıb.

Eyni zamanda, Nyu-York Əmtəə Birjasında West Texas Intermediate (WTI) markalı neftin iyun fyuçerslərinin qiyməti də 3,3 faiz artaraq 101,33 dollar olub.

Qiymət artımına ABŞ və İran arasında danışıqlarda irəliləyişin olmaması və regionda yeni eskalasiya ehtimalı təsir göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brent markalı neftin qiyməti 107 dolları ötüb — Fins.az — Fins.az