
BOKT "EMBAFİNANS" QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
Fins.az - 17 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "EMBAFİNANS" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT "EMBAFİNANS" QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2016020607 |
İstiqrazın növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli Hərrac |
İstiqrazların sayı | 40,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 4,000,000 manat |
İllik gəlirlilik faizi | 13% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üc) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
Tədavül müddəti | 12 ay |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “Unicapital İnvestisiya Şirkəti” ASC |