
"Bitcoin"in qiyməti 77 min dolları ötüb
Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə artım müşahidə olunub.
Fins.az xəbər verir ki, CoinMarketCap platformasında kriptovalyutanın bazar kapitallaşması 1 trln. 550 mlrd. dollar səviyyəsində formalaşıb.
"Bitcoin"in qiyməti son 24 saatda 2,16 % artaraq 77 458 dollar təşkil edib. İkinci böyük kriptovalyuta "Ethereum" 1,99 % bahalaşıb.
BNB 1,42 % bahalaşaraq 639 dollar, "Monero" 7,66 % bahalaşaraq 381 dollar, "Zcash" 1,48% bahalaşaraq 319 dollara yüksəlib.