
Bitcoin son 3 ayda ilk dəfə 10 min dollardan baha oldu
"Bitcoin" bu gün 2,7% bahalaşaraq cari ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatıb – 10 070 ABŞ dolları.
"Bloomberg"-in məlumatına görə, "Bitcoin" fevral ayının 24-dən 9 974 dollar səviyyəsini keçə bilməyib.
Qeyd edilir ki, "Bitcoin"in fundamental dəyəri ətrafında baş verən belə artım və azalmalar normal sayılır və bu, treydlərin hazırda olan əhvalından və riskə getmək istəklərindən asılıdır.