
Bitcoin 92 min dolların altını test etdi
Fins.az - Kriptovalyuta bazarında satış təzyiqi artıb və Bitcoin qısa müddətə 92 min dolların altına düşüb. CoinGecko məlumatına görə, bu eniş nəticəsində kripto bazarının ümumi kapitalizasiyası təxminən 100 milyard dollar azalıb. Digər böyük kriptovalyutalar da dəyər itirib: Ethereum 4,9%, Solana isə 8,6% ucuzlaşıb. Analitiklər bazardakı dalğalanmanı qlobal ticarət gərginliyi və ABŞ-ın mümkün tarif qərarları ilə əlaqələndirirlər.