BFB və NCCPL arasında CCP və bazar infrastrukturu üzrə əməkdaşlıq Memorandumu imzalandı

BFB və NCCPL arasında CCP və bazar infrastrukturu üzrə əməkdaşlıq Memorandumu imzalandı

BİRJA
177

Fins.az -28 aprel 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) ilə Pakistan Milli Klirinq Şirkəti (NCCPL) arasında Anlaşma Memorandumu (MoU) imzalanıb. Memorandum sənədi Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və NCCPL-ın Baş İcraçı direktoru Naveed Qazi tərəfindən imzalanıb.

İmzalanmış memorandumun əsas məqsədi Mərkəzi Qarşı Tərəf (Central Counterparty – CCP) əməliyyatları və əlaqəli bazar infrastrukturları sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də texniki potensialın gücləndirilməsidir.

Bu əməkdaşlıq çərçivəsində tərəflər kapital bazarlarının infrastrukturunun inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını da nəzərdən keçirəcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BFB və NCCPL arasında CCP və bazar infrastrukturu üzrə əməkdaşlıq Memorandumu imzalandı — Fins.az — Fins.az