BFB: Bu ilin ilk 4 ayında əqdlərin ümumi dəyəri 15,4 milyard manat olub

BFB: Bu ilin ilk 4 ayında əqdlərin ümumi dəyəri 15,4 milyard manat olub

BİRJA
248

2026-cı ilin yanvar–aprel aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15,424 milyard manat təşkil edib.

Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,7 milyard manat və ya 1,8 dəfə azdır.

Hesabat dövründə bağlanmış əqdlərin sayı 8 082 olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 612 ədəd və ya 16,6% azalma deməkdir.

BFB dövriyyəsinin əsas hissəsi repo əməliyyatlarının payına düşüb. Belə ki, repo əməliyyatlarının həcmi 13,986 milyard manat təşkil edib və bu göstərici illik müqayisədə 8,742 milyard manat və ya 38,5% azalıb.

Eyni zamanda dövlət qiymətli kağızları üzrə əməliyyatlarda da azalma qeydə alınıb. Bu seqment üzrə əqdlərin dəyəri 320,9 milyon manat azalaraq 168,892 milyon manat təşkil edib ki, bu da 2,9 dəfə azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BFB: Bu ilin ilk 4 ayında əqdlərin ümumi dəyəri 15,4 milyard manat olub — Fins.az — Fins.az