BFB-də Mərkəzi Bankın 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də Mərkəzi Bankın 100 mln. manatlıq notları yerləşdirilib

BİRJA
806

Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101279S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fond Birjasından verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 99,4416 manat (7,22%) və 99,4773 manat (6,76%) olan 4 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37 701 500 manat olub.

Mərkəzi Bankın  qərarına əsasən, notların kəsmə qiyməti 99,4416 manat (7,22%), orta ölçülmüş qiyməti isə 99,4651 manat (6,91%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37 701 500 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 29 aprel 2020-ci ildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BFB-də Mərkəzi Bankın 100 mln. manatlıq notları yerləşdirilib — Fins.az — Fins.az