BEA ölkələri bazara 400 milyon barel strateji neft buraxacaq

BEA ölkələri bazara 400 milyon barel strateji neft buraxacaq

BİRJA
313

Fins.az - Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr Yaxın Şərqdəki münaqişə fonunda enerji bazarında gərginliyi azaltmaq üçün strateji ehtiyatlardan 400 milyon barel neftin dünya bazarına çıxarılması barədə razılığa gəliblər. Qərar martın 10-da keçirilən fövqəladə iclasda qəbul olunub.

Bildirilir ki, neft ehtiyatlarının bazara buraxılması hər ölkənin milli şəraitindən asılı olaraq həyata keçiriləcək və bəzi dövlətlərin əlavə strateji ehtiyatları ilə də dəstəklənəcək.

Hazırda BEA ölkələrinin ümumi strateji neft ehtiyatları 1,2 milyard bareldən çoxdur. Planlaşdırılan həcmdə neft bazara buraxılarsa, bu ümumi ehtiyatların təxminən üçdə birini təşkil edəcək. Bundan əlavə, agentliyə üzv ölkələrin dövlətə məxsus 600 milyon barel sənaye ehtiyatı da mövcuddur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BEA ölkələri bazara 400 milyon barel strateji neft buraxacaq — Fins.az — Fins.az