Bakı Fond Birjasında "Paşa Kapital İŞ"-nin anderrayter olduğu hərrac

Bakı Fond Birjasında "Paşa Kapital İŞ"-nin anderrayter olduğu hərrac

BİRJA
902

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.

Fins.az xəbər verir ki, hərracla vağlı BFB-dən bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının həcmi 50 milyon AZN nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gündür. İstiqrazlar 2021-ci il mayın 4-də ödəniləcək. "Paşa Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasında "Paşa Kapital İŞ"-nin anderrayter olduğu hərrac — Fins.az — Fins.az