Bakı Fond Birjasında "PAŞA BANK" ASC-nin səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi uğurla yekunlaşıb

Bakı Fond Birjasında "PAŞA BANK" ASC-nin səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi uğurla yekunlaşıb

BİRJA
183

Fins.az - 3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

"PAŞA BANK" ASC-nin səhmlərinin abunə yazılışı 13 aprel tarixində başlamış, 12 iyun 2026-cı il tarixində (daxil) yekunlaşmışdır.

Adıgedən səhmlərin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi 19 iyun 2026-cı il tarixində uğurla yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 4.2 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən səhmlər Əsas Bazar Listinq seqmentinə alınır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"PAŞA BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1012006628

Səhmin növü və forması

Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

932,926 ədəd

İlkin ticarət qiyməti

55 manat

Buraxılış həcmi

51,310,930 manat

Hərrac qiyməti

55 manat

Reallaşdırılmış həcm

51,310,930 manat

Sifarişlərin ümumi həcmi

66,296,120 manat

Abunə yazılışında iştirak etmiş investor sayı

17,960

Sifarişi icra edilmiş investor sayı

17,960

Abunə yazılışında təklif edilmiş sifariş sayı

20,188

İcra edilmiş sifariş sayı

20,188

Yerləşdirmənin yekunlaşdığı tarix

19.06.2026

Əsas Anderrayter

Anderrayter

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC

“Unicapital İnvestisiya Şirkəti” ASC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasında "PAŞA BANK" ASC-nin səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi uğurla yekunlaşıb — Fins.az — Fins.az