Bakı Fond Birjasında Mərkəzi Bank notlarının hərracı keçiriləcək

Bakı Fond Birjasında Mərkəzi Bank notlarının hərracı keçiriləcək

BİRJA
321

Fins.az - 22 və 23 aprel 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş  tarixi

28

 AZ2628024708

22.04.2026

25.000.000

100.000

250

20.05.2026

84

AZ2629024707

23.04.2026

20.000.000

100.000

200

16.07.2026

168

AZ2630024704

22.04.2026

7.500.000

100.000

75

07.10.2026

252

 AZ2631024703

23.04.2026

5.000.000

100.000

50

31.12.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasında Mərkəzi Bank notlarının hərracı keçiriləcək — Fins.az — Fins.az