Bakı Fond Birjasında korporativ bazarın dövriyyəsi 84,5% AZALIB

Bakı Fond Birjasında korporativ bazarın dövriyyəsi 84,5% AZALIB

BİRJA
481

Yanvar-aprel aylarında Bakı Fond Birjasının ümumi dövriyyəsində korporativ bazarın dövriyyəsi 84,5% azalaraq 138 milyon 27,122 min manat təşkil edib

Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb.

Məlumata görə birjada ilkin bazarın dövriyyəsi 17,1% artaraq  61 milyon manat, təkrar bazar isə 90,8% azalaraq  77 milyon 27,122 min manat olub. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 55 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib. Digər korporativ istiqrazların yerləşdirilmə həcmi 13 milyon 191,423 min manat məbləğində olub ki, bunun da cəmi 500 manatı təkrar bazarda yerləşdirilib.

Müəllim: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Fond Birjasında korporativ bazarın dövriyyəsi 84,5% AZALIB — Fins.az — Fins.az