
Bakı Fond Birjasında AMB notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək – tarixlər açıqlandı
Fins.az - 6 və 7 may 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) | İSİN | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nominal | Miqdar | Notun ödəniş tarixi |
28 | AZ2636024708 | 06.05.2026 | 20.000.000 | 100.000 | 200 | 03.06.2026 |
84 | AZ2637024707 | 07.05.2026 | 20.000.000 | 100.000 | 200 | 30.07.2026 |
168 | AZ2638024706 | 06.05.2026 | 7.500.000 | 100.000 | 75 | 21.10.2026 |
252 | AZ2639024705 | 07.05.2026 | 5.000.000 | 100.000 | 50 | 14.01.2027 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.