“AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının Bakı Fond Birjasında “Açılış Zəngi” mərasimi keçirilib

“AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının Bakı Fond Birjasında “Açılış Zəngi” mərasimi keçirilib

BİRJA
247

Fins.az - 8 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib.

Tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımovun açılış nitqi ilə başlayıb. O, çıxışında kapital bazarında maliyyələşmə və investisiya alətlərinin çeşidinin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, “AZƏRMAŞ GROUP” MMC-nin istiqraz buraxılışının yerli kapital bazarının inkişafına töhfə verəcəyini və investorlar üçün yeni investisiya imkanları yaradacağını qeyd edib.

“AZƏRMAŞ GROUP” MMC-nin Maliyyə məsələləri üzrə İdarə Heyətinin sədr müavini Tariyel Abdullayev çıxışında istiqraz buraxılışının şirkətin inkişaf strategiyasında mühüm mərhələ olduğunu bildirərək, bu addımın şirkətin fəaliyyətinin genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

“Troni İnvestisiya Şirkəti” QSC-nin Direktoru Elmidar Şirinzadə isə istiqraz buraxılışının əsas xüsusiyyətləri barədə məlumat verərək, layihənin kapital bazarının inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, kupon dərəcəsi 9%, ilkin ticarət qiyməti 100 ABŞ dolları, tədavül müddəti 2 il və buraxılış həcmi 5 000 000 ABŞ dolları təşkil edən istiqrazların yerləşdirilməsi 8 iyun 2026-cı il tarixində həyata keçiriləcəkdir. İstiqrazlar faizli, təminatsız adlı qiymətli kağızlardır.

Tədbirin sonunda “AZƏRMAŞ GROUP” MMC, Bakı Fond Birjası və “Troni İnvestisiya Şirkəti” QSC-nin nümayəndələri istiqrazların ilkin bazarda ticarətə buraxılmasını simvolizə edən “Açılış Zəngi”ni çalıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının Bakı Fond Birjasında “Açılış Zəngi” mərasimi keçirilib — Fins.az — Fins.az