
“Azəri Layt” markalı xam neftin bir barelinin satış qiyməti 66,9 dollar olub
Qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində “Azəri Layt” markalı xam neftin bir barelinin dünya bazarlarında satış qiyməti 2019-cu ildə orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb
Fins.az xəbər verir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində məlumat verilir.
Məlumata görə bu göstərici 2018-ci ilə nisbətən 8,5 faiz az olmasına baxmayaraq,büdcədə nəzər tutulmuş qiymət göstəricisi ilə müqayisədə11,5 faiz çox olub
Müəllif:Aynur Qəniyeva