Azərbaycanın açıqlaması nefti bahalaşdırdı

Azərbaycanın açıqlaması nefti bahalaşdırdı

BİRJA
1,100

"Brent" markalı neft cümə günü Azərbaycanın Energetika Nazirliyinin OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə verdiyi xəbərlərdən sonra bahalaşıb.

Bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə Azərbaycan Energetika Nazirliyinin yaydığı açıqlamadan sonra "Brent" markalı neftin bir barel üçün iyun fyuçerslərinin qiyməti 3% artaraq 30,85 dollar təşkil edib..

Qeyd edək ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın açıqlaması nefti bahalaşdırdı — Fins.az — Fins.az