Azərbaycanda neft-qaz sektoruna yatırımlar təxminən 40 faiz artıb

Azərbaycanda neft-qaz sektoruna yatırımlar təxminən 40 faiz artıb

BİRJA
636

Fins.az - Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında neft-qaz sektoruna 2 milyard 63,1 milyon manat həcmində investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz çoxdur.

Müqayisə üçün qeyd olunur ki, 2025-ci ilin yanvar-aprel aylarında ölkənin neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 1 milyard 454,9 milyon manat təşkil etmişdi.

Artım enerji layihələrinə marağın yüksəlməsi və sektorun iqtisadiyyatdakı strateji rolunun davam etməsi ilə əlaqələndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...