
Azərbaycan xəzinəsi 20 milyon manat borc alır
21 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 20 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.
Bakı Fond Birjasından fins.az daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü
Diskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu
AZ0104004772
Emissiya həcmi
20 000 000 AZN
Nominal dəyəri
100 AZN
İstiqrazların tədavül müddəti
364 gün
Ödəmə tarixi
20.04.2021
Anderrayter
Paşa Kapital İŞ QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.