Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

BİRJA
294

Fins.az xəbər verir ki, 28 mart 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2083008683

Emissiya həcmi

20,000,000 manat

Nominal qiyməti

1000 manat

Hərrac qiyməti

1001,1666 manat

İstiqrazların tədavül müddəti

8640 gün

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“Unicapital İ.Ş” ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir — Fins.az — Fins.az