Azərbaycan neftinin qiyməti azalıb, avro ucuzlaşıb, lirə və qızıl bahalaşıb ...

Azərbaycan neftinin qiyməti azalıb, avro ucuzlaşıb, lirə və qızıl bahalaşıb ...

BİRJA
330

NEFT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,36 ABŞ dolları və ya 1,57% azalaraq 84,98 ABŞ dollarına bərabər olub.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,26% artaraq 1 barelə görə 81,22 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,3% artaraq 1 barelə görə 77,19 ABŞ dolları təşkil edib.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,64% azalaraq 2,173 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il iyulun 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

Avro 1.8443 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il iyulun 24-də Türkiyə lirəsinin məzənnəsi Türkiyə lirəsi 0.0518 manatadək bahalaşıb.

RUBL

2024-cü il iyulun 24-də Rusiya rublu 0.0194 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,4% artaraq 2 464,9 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti də 0.46% artaraq 29.46 ABŞ dollarına bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neftinin qiyməti azalıb, avro ucuzlaşıb, lirə və qızıl bahalaşıb ... — Fins.az — Fins.az