Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti artıb

BİRJA
285

Fins.az – Qlobal enerji bazarlarında neft qiymətlərində fərqlər davam edir və Azərbaycanın əsas ixrac markası olan Azeri Light premium seqmentdə mövqeyini qoruyur.

Son kotirovkalara əsasən, Brent markalı neftin bir barreli 80,90 ABŞ dolları, Azeri Light neftinin qiyməti isə 82,61 ABŞ dolları səviyyəsində formalaşıb. Bu göstərici Azərbaycan neftinin Brent markasından 1,71 ABŞ dolları baha satıldığını göstərir.

Digər göstəricilərə görə, BTC FOB Ceyhan markalı neftin qiyməti 80,35 ABŞ dolları olub. Bu marka Brent neftindən 0,55 ABŞ dolları aşağı qiymətlə ticarət edilir.

Rusiya mənşəli Urals markalı neft isə 55,10 ABŞ dolları səviyyəsində qalır. Beləliklə, Urals nefti Brent markasından 25,80 ABŞ dolları, Azeri Light neftindən isə 27,51 ABŞ dolları ucuz satılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neftinin qiyməti artıb — Fins.az — Fins.az