Azərbaycan neftinin qiyməti 96 dolları ötüb

Azərbaycan neftinin qiyməti 96 dolları ötüb

BİRJA
797

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

Fins.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,79 dollar artaraq 96,42 dollar olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neftinin qiyməti 96 dolları ötüb — Fins.az — Fins.az