Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşıb

BİRJA
236

Fins.az - Dünya bazarında Azeri Light markalı neftin qiyməti artaraq bir barel üçün 113,97 dollar səviyyəsinə yüksəlib. Bu, 1,95 dollar və ya 1,74% artım deməkdir.

Eyni dövrdə Brent crude üzrə iyun fyuçerslərinin qiyməti 111,56 dollar təşkil edib.

Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə Azeri Light neftinin qiyməti isə 1,84 dollar azalaraq 110,78 dollar olub.

Azərbaycan dövlət büdcəsində bu il neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Məlumata görə, Azeri Light nefti State Oil Company of Azerbaijan Republic iştirak etdiyi “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından hasil olunur.

Tarixən isə bu markanın minimum qiyməti 2020-ci ildə 15,81 dollar, maksimum isə 2008-ci ildə 149,66 dollar olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan neftinin qiyməti 114 dollara yaxınlaşıb — Fins.az — Fins.az