
Azərbaycan neftinin qiyməti 113,48 dollar olub
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma müşahidə olunub.
Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2.04 ABŞ dolları və ya 1,8% azalaraq 113.48 ABŞ dollarına enib.
Məlumata görə, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 115.52 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.