
Azərbaycan nefti yenidən bahalaşdı
"Azeri Light" markalı neftin bir barelinin qiyməti $3,85 – $36,62-dək bahalaşıb. .
“"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti $3,85 və ya 11,7% bahalaşaraq $36,62 təşkil edib", - mənbə bildirib.
Digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir bareli "Brent” markalı neftə nisbətən premiya ilə satılırdı və $2,25 baha idi.