
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,87 ABŞ dolları və ya 4,7 % azalaraq 82,29 ABŞ dolları təşkil edib.
Fins.az bu barədə neft bazarındakı mənbəyə istinadən xəbər verir.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 81,16 ABŞ dolları təşkil edib.