Avropa birjalarında ticarət əsasən azalma ilə yekunlaşıb

Avropa birjalarında ticarət əsasən azalma ilə yekunlaşıb

BİRJA
305

Fins.az - Avropa fond bazarları cümə axşamı keçirilən ticarət sessiyasını əsasən azalma ilə başa vurub. Əvvəlki gün qeydə alınan ciddi artımdan sonra investorların optimizmi zəifləyib.

Sözügedən dövrdə regionun aparıcı şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,15% azalaraq 612,59 bəndə enib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,05%, Almaniyanın DAX indeksi 1,14%, Fransanın CAC 40 indeksi 0,22%, İspaniyanın IBEX 35 indeksi isə 0,15% geriləyib. İtaliyanın FTSE MIB indeksi isə 0,5% artım göstərib.

Çərşənbə günü ABŞ və İran arasında elan olunan iki həftəlik atəşkəs investorlara müsbət təsir göstərsə də, sonradan Tehranın İsrailin Livana zərbələr endirməklə atəşkəs şərtlərini pozduğunu bildirməsi bazarlarda nikbinliyin azalmasına səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa birjalarında ticarət əsasən azalma ilə yekunlaşıb — Fins.az — Fins.az