
Avropa birjalarında indekslər 6 ilin minimumunu yeniləyib
Avropa birjalarında indekslər koronavirusun (COVİD 19) yayılması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) ucot dərəcəsini azaltmasından sonra kəskin şəkildə aşağı düşüb.
Fins.az xəbər verir ki, birjalar bu göstəricilərlə son 6 ilin minimumunu yeniləyib.
Məlumata görə, İngiltərənin “FTSE 100” indeksi 4,5%, Almaniyanın “DAX” 5,3%, Fransanın “CAC 40” 5%, İtaliyanın “FTSE MIB” 3,2%, İspaniyanın “İBEX 35” indeksi 4,2% azalıb.
© Report