
Avropa birjaları düşüşdə: geosiyasi risklər bazarlara təzyiq edir
Fins.az – Qərbi Avropa fond bazarları həftənin son ticarət gününü azalma ilə başa vurub. İnvestorların əsas narahatlığı Yaxın Şərqdə davam edən münaqişə və onun iqtisadi təsirləri ilə bağlı qeyri-müəyyənlikdir.
Avropanın aparıcı indeksi olan Stoxx Europe 600 0,58% geriləyərək 610,65 bənd təşkil edib. Həftəlik itki isə 2%-ə yaxın olub.
Analitiklər qeyd edir ki, enerji qiymətlərinin artması və xüsusilə neft bazarındakı bahalaşma Avropa iqtisadiyyatının perspektivlərini zəiflədir. Bu fonunda Avropa Mərkəzi Bankının monetar siyasətində dəyişiklik ehtimalları da artır.
Slovakiya Mərkəzi Bankının rəhbəri və Avropa Mərkəzi Bankının üzvü Peter Kazimir bildirib ki, bir neçə ay əvvəl faiz endirimi müzakirə olunduğu halda, hazırda bazarlar mümkün faiz artımını nəzərdən keçirir.
Makroiqtisadi göstəricilər də mənfi siqnallar verir. Fransada istehlakçı inam indeksi son illərin ən aşağı səviyyəsinə enib, Almaniyada isə biznes inamı pandemiya dövründən bəri minimuma düşüb.
Korporativ sektorda isə fərqli dinamika müşahidə olunub.
Tomra Systems səhmləri zəif maliyyə nəticələri səbəbindən 24%-dən çox ucuzlaşıb
Computacenter isə güclü hesabat fonunda 14%-dən çox bahalaşıb
Electrolux və Mondi kimi şirkətlərdə də ciddi eniş qeydə alınıb
Enerji sektorunda isə nisbi artım müşahidə olunub.
BP
Shell
TotalEnergies
şirkətlərinin səhmləri qismən bahalaşıb.
Bununla yanaşı, avtomobil, müdafiə və əczaçılıq sektorlarında fəaliyyət göstərən şirkətlərin səhmləri ucuzlaşıb.
Ekspertlər hesab edir ki, geosiyasi risklər və enerji qiymətlərindəki artım yaxın müddətdə Avropa fond bazarlarında əsas istiqamətverici faktor olaraq qalacaq.