
“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
Fins.az - 8 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Assist Finance İnvestisiya Şirkəti” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001020364 |
İstiqrazların növü və forması | Diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 8,000 ədəd |
Nominal qiyməti | 100 manat |
İlkin ticarət qiyməti | Bir istiqraz üzrə minimum yerləşdirilmə qiyməti 90 (doxsan) manatdır. Bu qiymətdən aşağı təqdim edilmiş sifarişlər qəbul edilmir. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra edilir |
İstiqrazların buraxılış həcmi | 800,000 manat |
İllik gəlirlilik faizi | Diskont gəliri = Nominal dəyər – Yerləşdirmə qiyməti |
Ödəmə Periodu | Tədavül müddətinin sonunda nominal dəyər üzrə geri ödəniş ediləcəkdir |
Tədavül müddəti | 182 gün |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “Assist Finance İnvestisiya Şirkəti” ASC |