
Asiya səhmləri: İndekslər daha çox bahalaşıb
Asiya Sakit Okean Bölgəsindəki indekslər Cümə günü daha çox yüksəlib. Çində tətil dönüşü güclü qazanclara səbəb olub.
İndekslər Yaponiya və Avstraliyada səhmlər düşüb və Hong Kongda yüksəlib. Çin səhmləri bir həftəlik tətildən sonra güclü şəkildə ticarətə başlayıb.
ABŞ-da stimul paketi üçün yenidən yaşıl işıq yandırıldı. ABŞ Maliyyə Naziri Steven Mnuchin və Nümayəndələr Palatasının sədri Nancy Pelosi stimul paketi üzərində qırx dəqiqəlik bir telefon telefon danışığı həyata keçiriblər. Ağ Evin sözçüsü Alyssa Farah, Trump administrasiyasının daha böyük bir stimul paketinə açıq olduğunu bildirib.
İndeks Xülasələri
Yaponiyanın Topix indeksi 0,5 % düşüb.
Hong Kongun Hang Seng indeksi 0,1% artıb.
Şanxay Kompozit İndeksi 1,8 % artıb
S & P / ASX 200 indeksi 0,2% artıb.
Müəllif:Aynur Qəniyeva