Amerika Çin münasibətlərinin birjalarda indeks göstəricilərinə təsiri-EKSPERT AÇIQLAYIR

Amerika Çin münasibətlərinin birjalarda indeks göstəricilərinə təsiri-EKSPERT AÇIQLAYIR

BİRJA
679

Fins.az birja analitiki Rüstəm Nurbalayevin beynəlxalq birjalardakı son vəziyyət və gözləntilərlə bağlı fikirlərini təqdim edir.
Analitik bildirir ki, son günlərdə aradaki fərqin azalmağına baxmayaraq, keçmiş vitse-prezident və Demokratlar partiyasının namizədi Co Bayden hazırki prezident Donald Trampı qabaqlamaqda davam edir və bu da onu göstərir ki, ABŞ-da seçki öncəsi rəqabətin artması fonunda siyasi məsələlərin təsiri altında iqtisadi risklər arta bilər. "Fox News" agentliyinin apardığı sorğularda hazırki vəziyyətdə Tramp və Bayden arasındaki fərq nominal olaraq 5 point təşkil etmişdir, lakin bu göstərici sonuncu bir neçə həftənin ortalama göstəricisi olan 7-8 pointin fonunda statistikanın Trampın lehinə dəyişdiyini göstərir. 8-11 sentyabr arasında "New York Times" tərəfindən aparılan sorğularda isə Co Baydenin Trampı Minnesota, Nevada, Nyu Hempşir və Viskonsin kimi ştatlarda qabaqladığı göstərilir. Nəzərinizə çatdıraq ki, bu statistika əsas statistik göstəricilərdən hesab olunur və Baydenin hazırki göstəricilərinin Trampın keçmiş rəqibi Hillari Klintonun analoji göstəricilərinə nisbətən qat-qat yaxşı olduğu müşahidə olunur.

ABŞ-Çin münasibətlərinin yaratdığı risklər. Keçdiyimiz dövrdə Donald Trampın TikTok-un ana şirkəti hesab olunan ByteDance-a 15 sentyabra qədər vaxt verməsi və şirkətin TikToku ABŞ mərkəzli şirkətə satılmalı olduğunu bildirməsi gərginliyi artıra biləcək bir faktordur. Microsoft və Oracle kimi nəhəng şirkətlər bu alğı-satqını aparmağa hazır olduqlarını bildirsələr də, yaxın mənbələrdən alınan məlumata görə Çin hakimiyyəti TikToku satmaqdansa ABŞ-da fəaliyyətini bloklamağı gözə alıb. Digər bir tərəfdən Çinin kommunikasiya nəhəngi olan Huawei şirkətinə də ABŞ tərəfindən təzyiqlərin göstərilməsi və ABŞ-ın tətbiq etdiyi qadağalar səbəbindən şirkətin bir çox təchizatçılarından məhrum qalması iki ölkə arasındaki iqtisadi-siyasi münasibətlərin gərginləşə biləcəyinin siqnalını verməkdədir.

Bütün bunların fonunda 2020-ci ilin sonunun dolların volatilliyi baxımından aktiv keçəcəyi və aparıcı valyutalara nisbətdə dolların ucuzlaşmaqda davam edə biləcəyi gözləntiləri aktiv olaraq qalmaqdadır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amerika Çin münasibətlərinin birjalarda indeks göstəricilərinə təsiri-EKSPERT AÇIQLAYIR — Fins.az — Fins.az