
AMB: Valyuta hərracında tələb təmin edilib - 25.02.2025
Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
AMB-dən Finss.az-a verilən məlumata görə, hərracda tələb 52,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 20-nə hərracda tələb 39 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Finss.az